Minox Technology AS, su inyeksiyası ilə birgə istifadə olunan suyun deaerasiyası üçün həlli yollarını təqdim edən Norveç şirkətidir.
Deoksigenasiya üçün Minox prosesi, suyun rezervuarlara vurulmasından qabaq oksigeni sudan çıxarmaq üçün ən müasir texnologiyadır. Dəniz (ofşor) layihələrində texnologiyamızın tətbiq edilməsində 25 ildən artıq təcrübəyə malikik. Minox etibarlı və sübuta yetirilmiş texnologiyadır.

Modullarımız aşağı çəki, az sahə və aşağı hündürlüyə malikdir, dizayn və tutum baxımından sərfəlidir. Neft hasil edən şirkətlərə geniş əməliyyat diapazonuna malik, təhlükəli olmayan sahələrdə tətbiq oluna bilən, müsbət təzyiq altında işləyən və tələb olunan spesifikasiyalara cavab verən və kimyəvi maddələr (oksigen təmizləyici) tələb etməyən qaz üfürülmə prosesini təqdim edirik.
Minox prosesi bütün iri beynəlxalq neft şirkətləri tərəfindən istifadə olunur və neft hasilatının artmasına öz töhfəsini verir.

Minox Technology təklif edir:
– Sifarişçinin texniki şərtlərinə və tələblərinə cavab verən Qrinfild layihələri üçün həlli yolları;
– Brown yataq layihələri üçün həlli yolları;
– Vakuum Deaerasiya sistemlərinin Minox prosesinə çevrilməsi və bununla da

  • Oksigeni Təmizləyən Kimyəvi maddələrdən istifadəni aradan qaldırmaq. İstismar xərclərini azaltmaq.
  •  Emal imkanını artırmaq

Daha ətraflı məlumat əldə etmək üçün zəhmət olmasa aşağıdakı şəxslərlə əlaqə saxlayın:

Hans Evald Henriksen

VP Satış

+47 41 67 63 77
hhe@minox.no